Video by makuvid
شهریارین قیزیل بیتی... . 🏛️: مقبرةالشعرا-تبریز . İslam oyatdı xalqı, başın qovzayan qaçır, Şeytan bacarmadı ki, yatanlar oyanmasın. Hər rəngi at, fəqət boyan
Video by makuvid
شهریارین قیزیل بیتی...
.
🏛️: مقبرةالشعرا-تبریز
.
İslam oyatdı xalqı, başın qovzayan qaçır,
Şeytan bacarmadı ki, yatanlar oyanmasın.
Hər rəngi at, fəqət boyan Allah boyağına,
Hər aldadan boyaqlara qəlbin boyanmasın.
Xəlqin gözün oyardı şahın mirqəzəbləri,
Qoy bir oyulsun öz gözü, ta göz oyanmasın.
Təbliğ o payədə gərək olsun ki, müddəi
Bir nöqtəsində zərfinə barmaq qoyanmasın.
Əlfazi möhkəm etməli, mənanı çox lətif,
Sözlər gərək soğandısa, dırnaq soyanmasın.
Amma gecə namaz da qılırsan, yavaşca qıl,
Qoy zəhmətilə huşlanan olsa, oyanmasın.
Ağzında dadlı sözlərüvü sən də, Şəhriyar,
Eylə bişir ki, xəlq dadından doyanmasın.
*Məhəmmədhüseyn Şəhriyar - Allah boyağı
.
#ماکووید #تبریز #شهریار